- Baxış sayı: 299
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 37
- Dekabr 05, 2025
- 0

İslam oyunlarında güləş yarışı 17-21 mayda Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu mübarizədə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq.
İlk 4 gündə ilk 2 üsulda rəqabər olacaq. “Sərbəstlər”də baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi ilə Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) xalça üzərinə çıxacaqlar.