- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
London-2012-nin sərbəst güləş yarışında 84 kq-da qalib adını qazanan Şərif Şərifov, zəfərdən bu yana elə ciddi uğura sahib çıxmayıb. Buna səbəb, çəkisini dəyişdikdən sonra, 97 kq-da gərgin rəqabətdə komanda yoldaşı Xetaq Qazyumova uduzmasıdır.
Elə son vəziyyət də 27 yaşlı olimpiya çempionunun xeyrinə deyil. Əsas tərəf müqabili ABŞ-ın Los Anceles şəhərində keçirilmiş dünya çempionatında Rio-2016-ya vəsiqə qazanıb. Demək, Braziliyaya Xetaq Qazyumov yollanacaq.
Qaranlıq duruma rəğmən, Şərif Şərifov Rio oyunlarında mübarizə ümidini itirməyib. Allsport.az saytına verdiyi açıqlamada o deyib ki, olimpiadaya düşmək üçün bütün səyini əsirgəməyəcək:
«Xetaq Qazyumov güclü idmançıdır, milli komandanın kapitanıdır. Onun böyük yarış təcrübəsi var. Amma mən də şansımı saxlayıram. Çox güman, məşqçilər heyəti bizi beynəlxalq yarışda sınayacaq. Orada kim yaxşı nəticə qazansa, onu Rio-2016-ya aparacaqlar. Əsas rəqibimlə sparrinq tutaşmaya da hazıram».