- Baxış sayı: 29
- 01 Aprel 2026 13:54
- Baxış sayı: 808
- Mart 30, 2026
- 0

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib. Allsport.az klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə bağlanıb.
27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2013, 2014-2016), “Xəzər Lənkəran” (2014) və “Keşlə” (2016-2020) klublarında çıxış edib.
“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirmişdi.