Sabah “ay-ulduzlular”ımız San Marino millisi ilə yeni topla oynayacaq

Dünya Kuboku-2018-in seçmə mərhələsində Avropa zonası üzrə matçlar yeni topla oynanılacaq. Allsport.az saytı xəbər verir ki, bu dəri meşinləri “Adidas” şirkəti hazırlayıb. Topun üzərində stadionların şəkilləri və futbol arenalarında azarkeşlərin emosiyaları əks olunub. Onun loqotipində qırmızı və qara rəngli ləkələr təsvir olunub. Konstruksiyası isə DÇ-2014 üçün hazırlanan “Brazuka” və Avro-2016-nın topu ilə eynidir. Yalnız rəngləri dəyişdirilib. Top qara-boz-qırmızı-ağ qammada hazırlanıb.

Yeni topdan futbol meydanlarında ilk dəfə sabah start götürəcək DÇ-2018-in Avropa zonasının qrup mərhələsinin 1-ci turunda istifadə olunacaq. Bu da sentyabrın 4-də saat 20:00-da başlayacaq qarşılaşmalara təsadüf edəcək. Onlardan biri Azərbaycan millisinin görüşüdür. Sabah Robert Prosineçkinin komandası San Marinonun qonağı olacaq.

Həmin kateqoriyadan