“Sabah” çempion olub

Allsport.az xəbər verir ki, Türkiyənin Rize şəhərində keçirilən “Yiğit Demirel” beynəlxalq futbol turnirinə yekun vurulub.

“Sabah”ın U-12 komandası turniri çempion kimi başa vurub. Qrup və 1/4 final mərhələsini uğurla başa vuran Nasir Nəsirlinin yetirmələri yarımfinalda “Samsunspor”u məğlub edərək (3:2) finala vəsiqə qazanıb. Həlledici matçda “Altınordu” ilə qarşılaşan komandamız bu oyundan da qalib ayrılaraq (1:0) çempion olub.

Yiğit Demirel beynəlxalq futbol turniri
Yarımfinal

“Sabah” 3:2 “Samsunspor”
Qollar: Abbas Məmmədli (2), Həsən Ramazanov.

Final

“Altınordu” 0:1 “Sabah”
Qol: Abbas Məmmədli.

Həmin kateqoriyadan