“Sabah” çempionlar liqasında

7-12 apreldə Bosniya və Herseqovinanın Laktasi şəhərində keçiriləcək gənclərin çempionlar liqasında 12 komanda 4 qrupda mübarizə aparacaq.

Allsport.az xəbər verir ki, 4-cü dəfə keçiriləcək liqada ilk dəfə Azərbaycan təmsilçisi “Sabah” da iştirakçılar sırasında yer alıb.

Püşkatmanın nəticəsinə əsasən, komandamız “B” qrupunda mübarizə aparacaq. Bu qrupda rəqiblərimiz “İgokea” (Bosniya və Herseqovina) və “Porsche BBA Ludwigsburg” (Almaniya) klubları olacaq. Reqlamentə əsasən qrup qalibləri mübarizəni yarımfinalda davam etdirəcək. İkinci yeri tutanlar 5-8, qrup sonuncuları isə 9-12-ci yerlər uğurunda yarışacaq.

Həmin kateqoriyadan