“Sabah” gənc hücumçu icarəyə götürdü

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib. Allsport.az saytı xəbər verir ki, Fil Dişi Sahilindən olan hücumçu Tiemoko Fofana bundan sonra ölkəmizdə çıxış edəcək.

21 yaşlı futbolçu Finlandiyanın “İlves” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb. O, karyerasında “İlves” dən başqa, Danimarkanın “Norşellan”ın U-19 komandasında oynayıb.

Həmin kateqoriyadan