- Baxış sayı: 35
- 27 Mart 2026 21:10
- Baxış sayı: 41
- Mart 27, 2026
- 0

Bu gün “Sabah” konfrans liqasının 2-ci seçməsinin ilk oyununda “Makkabi”nin qonağı olub. Allsport.az saytı xəbər verir ki, İsraildə müharibə şəraiti səbəbindən görüş Hayfada deyil, bitərəf meydanda, Macarıstanın Kişvarda şəhərinin “Varkert Sportpalya” stadionunda keçirilib.
İlk hissə “bayquşlar”ın nisbi üstünlüyü ilə keçsə də, əsas hadisələr 2-ci yarıda baş verib. Tədricən təşəbbüsü ələ alan komandamız Pavol Şafranko (60-cı dəq, Cessi Sekidika (78-ci dəq) və Xəyal Əliyevin (88-ci dəq) qolları ilə səfərdə vacib qələbə qazanıb.
Tərəflər araasında əvəz matçı avqustun 1-də Bakıda olacaq. Bu cütünün qalibi növbəti mərhələdə “Sent-Patriks Atletik” (İrlandiya) – “Vadus” (Lixtenşteyn) arasında oyunun qalibi ilə qarşılaşacaq.