“Sabah”da ilk yaşandı

Millətlər liqasında növbəti oyununu keçirən yığmamız səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəlib. Allsport.az xəbər verir ki, “Sabah” klubunun 4 futbolçusu – Ramil Şeydayev, Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə və Coşqun Diniyev bu oyunun iştirakçısı olub.

Ramil, Bəhlul və Təmkin start heyətində yer alıb. Şeydayev və Mustafazadə oyunun sonuna kimi meydanda olub, Təmkin isə 64-cü dəqiqədə əvəzlənib. Diniyev matçın 59-cu dəqiqəsində əvəzetmədən meydana çıxıb.

Klubun milli komandadakı digər futbolçusu Amin Seydiyev bu oyunda ehtiyat oyunçular skamyasında yer alıb. Millinin heyətində “Sabah”ın 4 futbolçusunun meydana çıxması klub tarixində ilk haldır.

Həmin kateqoriyadan