“Sabah”dan Mahaçqala klubuna

“Sabah”ın futbolçusu Anar Panayev karyerasını Rusiyada davam etdirəcək. Allsport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 3-cü liqada mübarizə aparan “Legion-Dinamo” klubuna keçib.

Mahaçqala təmsilçisi Azərbaycan və Rusiya vətəndaşlığı daşıyan futbolçu ilə 1 illik müqavilə imzalayıb.

Dağıstandan olan futbolçu “Anji”nin yetirməsidir. Anar 2019-cu ilin yayında “Sabah”a keçib. O, paytaxt klubunun əsas komandasında 1 oyunda meydana çıxıb.

Həmin kateqoriyadan