“Sabah”dan yeni transfer

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib. Allsport.az xəbər verir ki, ukraynalı müdafiəçi Zurab Oçiqava bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

25 yaşlı futbolçuyla mövsümün sonuna kimi müqavilə bağlanıb.

Zurab peşəkar karyerası ərzində Ukraynanın “İlyiçevets” (2014-15), “Dinamo-2” (Kiyev, 2015-16), “Dinamo” (Kiyev, 2016-17), “Olimpik” (Donetsk, 2017-18), “Dnepr-1” (2018-19), “Vorskla” (2019-20) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. Oçiqava Ukrayna U-21 millisinin üzvü olub.

Yeni transfer “Sabah”da 3 nömrəli formada çıxış edəcək.

Həmin kateqoriyadan