- Baxış sayı: 9
- 01 Aprel 2026 13:54
- Baxış sayı: 808
- Mart 30, 2026
- 0

Premyer liqanın 2020/21 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb. Allsport.az xəbər verir ki, bu, 2-ci turun son görüşünə təsadüf edib.
“Sabah” “Qəbələ”yə qarşı ev oyununda 3 cavabsız qol vurub. Bu görüş paytaxt təmsilçisinin premyer liqada 50-ci matçı olub. 2018/19 mövsümündə 28, ötən çempionat 20 görüşə çıxan bakılılar 2-ci turda 50-yə çatıb. “Sabah” bu matçlarda 13 qələbə qazanıb, 12 heç-heçə edib və 25 dəfə uduzub.
Coşqun Diniyevin “Qəbələ”nin qapısından keçirdiyi top paytaxt təmsilçisinin premyer liqada yubiley – 40-cı qolu olub. Hesabında 42 top olan bakılılar 70 qol buraxıb.