- Baxış sayı: 30
- 29 Noyabr 2024 20:28
- Baxış sayı: 142
- Noyabr 28, 2024
- 0
“Sabah” premyer liqada 2-ci mövsümünü keçirir. Allsport.az xəbər verir ki, komanda yüksək liqada bu günə kimi 42 futbolçunun xidmətindən istifadə edib.
Çempionatda oyun sayına görə rekordçu serbiyalı qapıçı Saşa Stamenkoviçdir. 35 yaşlı qolkiper “Sabah”ın heyətində premyer liqada 42 oyun keçirib. Saşa həm də, klubun heyətində ən çox oyun keçirmiş futbolçudur. O, ümumilikdə 46 matçda komandanın qapısını qoruyub (42 çempionat, 4 kubok).
Stamenkoviçin ən yaxın izləyicisi Məqsəd İsayevdir. 25 yaşlı müdafiəçi 39 qarşılaşmada “ağ-göy” formanı geyinib. Hərəyə 38 oyun keçirmiş Cavid İmamverdiyev və Filip İvanoviç isə bu siyahıda 3-4-cü pillələri bölüşürlər.