- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Sabah”ın 3 komandası çempionatı medalçı kimi başa vurub. Allsport.az saytı xəbər verir ki, U-10 və U-14 komandaları qızıl, U-11 isə gümüş medal qazanıb. U-10 final oyununda “Neftçi” ilə qarşılaşıb. Əsas və əlavə vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşan matçın penaltilər seriyasında 4:2 hesabıyla qalib gələn Savalan Əlizadənin yetirmələri çempion olublar. Komandanın qapıçısı Akif Allahverdiyev liqanın ən yaxşı qapıçısı seçilib.
U-11 çempionatın final oyununda “Keşlə” ilə qarşılaşıb. Həlledici matçda 0:1 hesabıyla uduzan Elvin Həsənovun yetirmələri çempionatı gümüş medallarla başa vurublar. U-11-in futbolçusu Tariel Fərzəli yarışın ən yaxşı oyunçusu seçilib. Komandanın digər üzvü İslam Həsənov isə feyr-pley mükafatına sahib çıxıb.
U-14 isə liqanı qızıl medallarla başa vurub. Yaşar Abdulovun yetirmələri final oyununda “Binə” ilə qarşılaşıb. 2:0 hesabıyla qalib gələn “Sabah” çempion olub. Hər iki qola Nicat Məmmədov imza atıb. U-14 komandasının qapıçısı Emin Həbibov liqanın ən yaxşı qapıçısı, futbolçusu Nicat Məmmədov isə ən yaxşı oyunçusu seçilib.
Bütün görüşlərdə klub prezidenti Maqsud Adıgözəlov və “Sabah”ın kapitanı Cavid İmamverdiyev final oynayan futbolçulara dəstək olublar.