- Baxış sayı: 27
- 28 Noyabr 2024 15:48
- Baxış sayı: 73
- Noyabr 28, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin toplantıcı olub. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra premyer liqanın 26-cı turu ilə bağlı qərarlar verilib:
“Sabah” – “Keşlə” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Görüş başa çatdıqdan sonra, “Keşlə”nin futbolçusu Edvinas Girdvainis stadionun koridorunun pəncərəsini əli ilə sındırıb. Stadiona dəymiş ziyan “Sabah”ın təqdim edəcəyi hesab əsasında “Keşlə” klubu tərəfindən ödəniləcək.
“Zirə” – “Qarabağ” matçında “qartallar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Səbail” – “Qəbələ” matçında “dənizçilər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.