- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin klubun saytına açıqlamasında “Səbail” üzərində qələbə (2:1) haqda fikirlərini bildirib. Allsport.az xəbər verir ki, “ağ-qara” formada ilk rəsmi matça çıxan Mərakeş əsilli belçikalı futbolçu azarkeşsiz oynamağın fərqli olduğunu bildirib:
“Oyun çox yaxşı keçdi. Əsas odu ki, qələbə qazandıq. Azarkeşsiz oynamaq fərqli idi, amma matçın rəsmi olması hiss olunurdu. Bu, bizi qələbə üçün daha da ac edirdi. Düzdür, mənim bir əlverişli qol epizodum oldu, amma istifadə edə bilmədim. Çünki qapıçı əla seyv etdi.
İnanıram ki, gələn dəfə qol vuracam. Avropa liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə oyundakı vəziyyətimizə gəlincə, biz yenə də yaxşı mənada ac və mübariz olmalıyıq. Öz oyunumuzu göstərsək, hər şey yaxşı olacaq. “Neftçi”də hamı bir-birinə kömək edir. Buna görə də artıq komandaya uyğunlaşmışam”.