- Baxış sayı: 24
- 24 Noyabr 2024 14:57
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Martın 6-da «Hilton» mehmanxanasında AFFA-nın növbəti hesabat konfransı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, nizamnaməyə uyğun olaraq tədbirin gündəliyinə 9 məsələ daxil olunub. Seçkiyə aid burda bir məqam var: hər hansı vakant vəzifəyə namizədlərin gözdən keçirilməsi. 4-qat SSRİ çempionu, Bakı «Neftyanik»i və Moskva «Dinamo»sunun hücumçusu, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun ötən il dünyasını dəyişməsi səbəbindən, onun boş qalmış yerinə digər veteran futbolçunun gətirilməsi ehtimal olunur.
Ötən ildən fərqli, bu mart toplantısı ərəfəsində «Neftçi» klubunun prezidentinin «Boz ev»in ən yüksək postunda yer alacağı xəbər dolaşmır. Əldə etdiyimiz bilgiyə görə, keçən yazda İcraiyyə Komitəsinin toplantısında bu təşkilata yeni prezidenti seçilə bilərdi. Assosiasiyanın hazırkı rəhbəri Rövnəq Abdullayevin SOCAR-da işinin çox olması ilə bağlı öz kürsüsünü Sadıq Sadıqova dövr etmək niyyətindəydi. Amma onun yuxarı dairələrdə reytinqi elə yüksək olmadığı üçün, AFFA başçısının təklifi geri çevrilmişdi.
Buna digər səbəb, «Neftçi» prezidentinin qazandığı nüfuzu tez də xərcləməsi idi. 2011-12-ci il mövsümündə Avroliqanın qrup mərhələsinə adlamaqla futbolunda ilk edən 8-qat ölkə çempionu, növbəti ildə özündən həm büdcədə, həm də heyətdə xeyli zəif olan «İsgəndərbəy»ə (Albaniya) uduzmaqla, idman ictimaiyyəti və KİV-də qınaq, tənqid olunmuşdu. Elə o vaxtdan bəri «ağ-qaralar»da irəliləyiş dayanıb və flaqman gərgin rəqabətdə «Qarabağ»la «İnter»ə uduzur.