- Baxış sayı: 35
- 20 Dekabr 2024 22:55
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
“Bu il Azərbaycanın cüdo ailəsi üçün önəmli olub. Məhz bu il Azərbaycanda ilk dəfə cüdo üzrə dünya çempionatı keçirilib. Çempionatın yüksək səviyyədə təşkil olunduğunu iştirakçı ölkələrin nümayəndələri və cüdosevərlər etiraf edirlər”. Allsport.az saytı xəbər verir ki, bu sözü dekabrın 28-də 2018-ci il fəaliyyətin yekunlarına həsr olunan tədbirdə ACF-in vitse-prezidenti Sadıq Sadıqov deyib. Mütəxəssisin bildirdiyinə görə, dünya çempionatında uğur da oldu, gözlənilmədən məğlubiyyətlər də. Buna baxmayaraq, millimizin 1 gümüş və 1 bürünc medal qazanmasını qənaətbəxş hesab etmək olar.
“Qarşıdan Tokio-2020 yay olimpiya oyunları gəlir. Kişilərdə tam heyətlə iştirak etmək üçün yaxşı hazırlıq keçməyə çalışacağıq. 2019-cu və 2020-ci illər cüdo üçün həlledici illərdir. Olimpiadada iştirak etmək üçün idmançılarımız dünya reytinqində ilk “25-liy”ə düşməlidirlər. Bunun üçün dünya və Avropa çempionatlarında, qran-pri və “Böyük dəbilqə” yarışlarında xal qazanmaq lazımdır. Federasiya 2019-cu və 2020-ci illəri “Olimpiya illəri” elan edib”, – deyə o, açıqlayıb.
Azərtac.az-ın məlumatına görə, cüdonun dünyada ən populyar idman növlərindən biri olduğunu qeyd edən Sadıq Sadıqov əlavə edib: “ACF Azərbaycan cüdoçularının Tokio-2020-də bütün çəki dərəcələrində təmsil olunmasına çalışacaq. Cüdo dünyada ən populyar idman növlərindən biridir. Ona görə də olimpiadaya bütün çəkilərdə vəsiqə qazanmaq çox çətin olacaq. İdmançılarımızın yarışda 10 çəki dərəcəsində iştirak etməsi üçün çalışacağıq. Bildiyiniz kimi, 7 kişi və 3 qadın çəki dərəcəsi var. Bəzi olimpiadalarda Azərbaycanın qadın cüdoçusu iştirak etməyib. Bu dəfə hər üç çəki dərəcəsində təmsil olunmağa səy göstərəcəyik. Həmçinin qarışıq komanda yarışında da yer almağa çalışacağıq”.