- Baxış sayı: 120
- 28 Noyabr 2025 22:10
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

İyulun 19-da gənclər və idman nazirliyinin təşkilatçılığı ilə səyyar “Sağlam həyat” layihəsi keçirilib.
Allsport.az xəbər verir ki, layihə bu dəfə “Dəniz karnavalı”nın keçirildiyi “Dəniz mall” ticarət mərkəzinin qarşısında baş tutub.
Tədbirdə iştirakçılar səyyar “Sağlam həyat” avtomobilində quraşdırılmış avadanlıqlardan istifadə edərək fiziki hərəkətlər yerinə yetirib, müxtəlif idman fəaliyyətlərində öz qüvvələrini sınayıblar.
Tədbirin sonunda idman normativlərini yerinə yetirən iştirakçılara sertifikatlar təqdim olunub.