Salanın agenti 5 ildən sonra mərhum futbolçunun transferi üçün komissiya alıb

Agent Mark Makkey 2019-cu ildə Emiliano Salanın “Kardif Siti”yə transferi üçün “Nant”dan 1,7 milyon avro komisiya alıb.

Allsport.az saytı xəbər verir ki, futbolçu keçidi tamamlamaq üçün Nantdan Kardifə yollanarkən, Gernsi sahillərində təyyarə qəzası nəticəsində faciəvi şəkildə ölüb. Argentinalı səfərdən 2 gün əvvəl Uels klubuna keçidini tamamlayan müqavilə imzalayıb.

“Cardif” FİFA və CAS ilə bu müqavilənin qanuniliyinə etiraz edib, lakin onların iddiaları rədd edilib və “Nant” sonda transfer pulunu alıb.

Həmin kateqoriyadan