“Şalke” məşhur hücumçunu baş məşqçi təyin edir

İspaniya millisinin sabiq hücumçusu Fernando Torres “Şalke”nin baş məşqçisi ola bilər.

Allsport.az xəbər verir ki, Gelzenkirhen təmsilçisi hazırda “Atletiko”nun gənclərdən ibarət komandasını çalışdıran gənc mütəxəssislə danışıqlar aparır.

Qeyd edək ki, Torres karyerası ərzində “Atletiko”, “Liverpul”, “Çelsi” və “Milan” kimi klubların şərəfini qoruyub.

Həmin kateqoriyadan