“Bu gün sevindirici məqamlar daha çox idi”

“Neftçi”nin baş məşqçisi Samir Abbasov “Keşlə” ilə yoxlama oyunundan sonra “Neftçi” TV-yə müsahibə verib. Allsport.az xəbər verir ki, o, 4:3 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Qələbə ruh yüksəkliyi üçün əladır. Qalib gəlmək istəyirdik, amma önəmli olan bu deyil, oyunda görmək istədiklərimiz idi. Açığı, komanda olaraq ilk hissədə çox ağır görünürdük. Kənardan başqa cür görünə bilər, amma biz bunun səbəbini anlayırıq.

Məsələn, bu oyunadək iki gün ardıcıl iki məşq etmişdik. Yorğunluq var idi, amma bu normaldır. Artıq fasilədən sonra futbolçularımız daha dinamik, daha hərəkətli oynamağa başladılar. Bundan əvvəlki oyunla müqayisədə bu gün sevindirici məqamlar daha çox idi. Belə də davam edəcəyik”.

Həmin kateqoriyadan