Samir Abbasov: “Bundan əvvəl çempionat nə gündə idi?”

“Neftçi”nin baş məşqçisi Samir Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə”yə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, məğlubiyyəti şərh edib:

“Uduzundan sonra nəsə demək çətindir. Çox yaxşı oyun keçdi. Matçın üstündə çox dayanmayacağam. Bizim həddindən artıq azarkeşlərimiz var, onlara müraciət edirəm ki, Səlahət Ağayevin üstünə çox düşməsinlər. Xahiş edirəm. Onu qapıya qoyanda səhv var.

Öz komandamıza görə onun üstünə düşməyək. Təcrübəsi var, onun da səhv etməsi normaldır. Azarkeşlərdən xahiş edirəm ki, yazılarımıza diqqət edək. Bundan sonra bizim komandamıza çətin olacaq. “Zirə” müdafiəyə meyil etdi. Amma nəticəni dəyişə bilmədik. Monroz və Lavalla bağlı problem var. Hücumçu da ala bilməmişik”.

Həmin kateqoriyadan