- Baxış sayı: 27
- 28 Noyabr 2024 15:48
- Baxış sayı: 74
- Noyabr 28, 2024
- 0
“Zirə” ölkə çempionatının 26-cı turunda evdə “Qarabağ”a 0:3 yenilib. Allsport.az saytı xəbər verir ki, meydan sahibinin baş məşqçisi Samir Abbasov mətbuat konfransında bunu deyib:
“Qarabağ”a qarşı əsas heyətlə oynayanda da çətinlik çəkirsən. Bu gün 8 əsas futbolçumuz yox idi. Deməzdim ki, ikinci heyət idi, sadəcə, az oynayanlara şans vermişdik. Fikrimiz son imkanımız olan kuboka – “Sumqayıt”la cavab yarımfinal matçına yönəltmişik.
Futbolçulara matçdan əvvəl dedik ki, itirəcəyimiz bir şey yoxdur, çıxaq futbol oynayaq. Oynayan da oldu, oynamayan oldu. “Panika”ya düşənlər də vardı, bunu da başa düşürəm. Ümid edirik ki, belə daha olmayacaq”.