“Neftçi” məşhur hücumçu ilə razılığa gəldi

“Neftçi”nin baş məşqçisi Samir Abasov Yaponiya millisinin sabiq üzvü Keisuke Honda ilə razılığa gəldikləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Allsport.az xəbər verir ki, o, razılıq əldə edildiyini deyib:

“Hər baş məşqçinin yaxşı futbolçuya ehtiyacı var. Honda komandanı sakitləşdirmək baxımından bizə fayda verə bilən oyunçudur. Honda müxtəlif mövqelərdə oynaya bilir. Demək olar ki, razılıq əldə olunub. Özü də mövsümün sonunadək bizdə oynamaq istəyir. Yayda yenidən danışıqlar ola bilər”.

98 dəfə Yaponiya millisininin formasını geyinmiş Keysuke Honda 37 qol vurub. 34 yaşlı oyunçu “Milan”la yanaşı, Niderlandın “Venlo” və “Vitess”, Rusiyanın MOİK (Moskva), Meksikanın “Paçuka”, Avstraliyanın “Melburn Viktori”, Braziliyanın “Botafoqo” komandalarında da çıxış edib. Honda həm də Kamboca millisinin baş məşqçisidir. Azərbaycan təcrübəli futbolçunun əcnəbi həyatı yaşayacağı 8-ci ölkə olacaq.

Onun son klubu Portuqaliya təmsilçisi “Portimenensi” olub. Honda yanvarda keçdiyi 2-ci liqa klubundan transfer sənədlərinin tam həll edilməməsinə görə ayrılıb.

Həmin kateqoriyadan