- Baxış sayı: 7
- 28 Noyabr 2024 15:25
- Baxış sayı: 55
- Noyabr 28, 2024
- 0
“Zirə”nin baş məşqçisi Samir Abbasov premyer liqanın 25-ci turunda “Qəbələ”yə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 1:2 hesabı ilə yenildikləri görüşlə bağlı bunu söyləyib:
“Məncə, bu oyun bütün suallara aydınlıq gətirdi. Çempionatda medalçı yerlərdən birini tutmağa bütün şanslarımızı itiridk. Fürsət yalnız kuboka qalıb. Ona görə əsas futbolçularımıza istirahət vermişdik. Ancaq bu, o demək deyil ki, Qəbələyə uduzmağa gəlmişdik.
Az oynayanlara baxmaq, siqnalı almaq istəyirdik və bu, yetərincə oldu. Kimlərlə hara gedəcəyik, kimlərlə yollarımızı ayıracağıq, bu haqda bizə məlumat verdilər.
Hələ kubok şansımızı qoruyuruq. “Sumqayıt”la çətin oyunlarımız var. Rəqibimiz 1 gün əvvəl oynadı. Üstəlik, biz səfərdə çıxış etdik, hələ yol gedəcəyik”.