Samir Abbasov: Kubok oyunundan sonra psixoloji cəhətdən yaxşı deyildik

“Zirə” premyer liqanın 27-ci turunda rəqib meydanında “Keşlə”ni 3:1 məğlub edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abbasov bunu deyib:

“Kubok oyunundan sonra psixoloji cəhətdən yaxşı deyildik, gərgin idik. Bu oyunda uduzmamağımız şərt idi. Qalib gəlməsəydik də, yerimizi qoruyurduq. Qalib gəldik, çox qol vura bilərdik.

Əfsuslar olsun ki, bizim üçün mövsüm başa çatıb, son tur formal xarakter daşıyacaq. Bu gündən gələcəyin planlarını qurmağa başladıq. Gələn mövsümün bizim üçün uğurlu olacağına ümid edirəm”. 

Həmin kateqoriyadan