Samir Abbasov: Ümid edirəm mərhələni keçəcəyik

“Zirə”nin baş məşqçisi Samir Abbasov ölkə kubokunun yarımfinal mərhələsində “Sumqayıt”a qarşı ilk oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, qolsuz heç-heçə bitən görüşdən sonra mətbuat konfransında bunu söyləyib:

“İlk oyundan sonra fikir bildirmək çətindir. Oyun istənilən nəticəylə bitsə də, cavab qarşılaşması qalır. Əsas odur uduzmadıq, əsas odur qol buraxmadıq.

Ümid edirəm mərhələni keçəcəyik. Komandam bu gün səbrli futbol göstərdi. Təəssüf ki, yaxşı oyunlarımızı yalnız qışdan sonra görürük. Uşaqlara təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan