- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Premyer liqanın 16-cı turunda evdə “Qəbələ”yə 1:0 hesabı ilə qalib gələn “Neftçi”nin baş məşqçisi Samir Abbasov jurnalistlərin suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:
“İtkilərimiz çox idi. 4 futbolçumuz cəza səbəbindən oynaya bilmirdi. Üstəlik, Sabiq Buqrin də məşqdə zədələnmişdi. Buna baxmayaraq, öhdəsindən gəldik, qələbə qazana bildik. 3-4 gün sonra “Zirə”yə qarşı çətin oyunumuz var.
Həmin matça köklənməliyik. Qarşıdakı görüşdə rotasiyalar etmək imkanımız olacaq. Bu görüşü yaddan çıxarmalıyıq. Yaxşı oynamadıq. Xüsusilə, ilk hissədə. Rəqib bizə çətin anlar yaşatdı. “Qəbələ”ni belə oyuna görə təbrik etmək istəyirəm”.