Şanlı ordumuzun qəhrəmanlığına həsr olunan “Hər şey vətən üçün” yarışması

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına qarşı uğurlu əks-həmlə əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vuran və əzəli torpaqlarımızı işğaldan azad etməsi hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi oyatmaqla yanaşı, cəmiyyətdə sonsuz ruh yüksəkliyinə səbəb olub.

Allsport.az saytı xəbər verir ki, 16-18 oktyabrda şanlı ordumuzun qəhrəmanlığına həsr olunmuş “Hər şey Vətən üçün” adlı tədbir keçiriləcək. Tədbir çərçivəsində konkur növü üzrə yeniyetmələr arasında “Ərgünəş”, peşəkar idmançılar arasında isə “Hadrut” və “Qarabağ” kubokları uğrunda yarışlar olacaq.

Oktyabrın 18-də isə müxtəlif yaş kateqoriyalarında ingilis, Qarabağ və Dilbaz atlarının iştirakı ilə 5 qaçışdan ibarət cıdır yarışları təşkil olunacaq. Ordumuza dəstək məqsədilə keçirilməsi planlaşdırılan yarışda jokeylər öz atları ilə müvafiq olaraq “Suqovuşan”, “Murov”, “Cəbrayıl”, “Füzuli” və “Qarabağ” kubokları uğrunda mübarizə aparacaqlar.

Tədbir yuxarıda qeyd olunan tarixlərdə saat 11:00-dan etibarən Binə atçılıq mərkəzində təşkil olunacaq.

Həmin kateqoriyadan