Sarr sabiq klubunda

“Bavariya”nın keçmiş müdafiəçisi Buna Sarr “Metz”də məşq edəcək.

Allsport.az xəbər verir ki, 33 yaşlı seneqallı kifayət qədər fiziki hazırlıq nümayiş etdirərsə, müqavilə imzalaya bilər.

Münhen təmsilçisi ilə müqaviləsi başa çatdıqdan sonra o, 2024-cü ilin yayından azad agentdir.

Sarr 2020-ci ildən 2024-cü ilə qədər “Bavariya” oynayıb, 33 matçda bir qol vurub və dörd məhsuldar ötürmə edib. O, əvvəllər “Metz”də oynayıb.

Həmin kateqoriyadan