- Baxış sayı: 18
- 18 Mart 2026 12:49
- Baxış sayı: 291
- Mart 16, 2026
- 0

Seneqal futbol federasiyası Afrika futbol konfederasiyasının (CAF) 2025-ci il Afrika millətlər kubokunun qalibi statusunun Mərakeş yığmasına verilməsi ilə bağlı qərarından idman arbitraj məhkəməsinə (CAS) apellyasiya şikayəti vermək niyyətindədir.
Allsport.az xəbər verir ki, federasiyanın yaydığı bəyanatda CAF-ın qərarı kəskin tənqid olunub: “Seneqal futbol federasiyası Afrika futboluna ləkə gətirən bu ədalətsiz, görünməmiş və qəbuledilməz qərarı pisləyir. Hüquqlarımızı və Seneqal futbolunun maraqlarını qorumaq üçün ən qısa zamanda Lozannadakı idman arbitraj məhkəməsinə müraciət ediləcək”.
Qaydalara əsasən, Seneqal tərəfinin CAF-ın hökmü açıqlandıqdan sonra şikayət vermək üçün 10 gün vaxtı var.