Serbiya Azərbaycan üçün əlçatmaza çevrilmək üzrədir

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Allsport.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb.

Qeyd edək ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu il də son çempion “Qarabağ” təmsil edirdi. Ağdam klubu ötən gecə doğma meydanda Şotlandiya çempionu “Seltik”lə qarşılaşdı və qolsuz bərabərliyə razılaşdı. İlk oyunda minimal hesabla uduzduğuna görə, təmsilçimiz ÇL-də mübarizəni dayandırmaq məcburiyyətində qaldı. Amma cavab görüşündəki heç-heçə ilə ağdamlılar Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını 0.125 balla zənginləşdirdilər.

Hazırda UEFA reytinqində 54 ölkə arasında 29-cu pillədəyik. Azərbaycanın hesabında 12.500 reytinq xalı var ki, onun da 2.000 xalı cari mövsümdə qazanılıb (“İnter” – 0.625, “Qəbələ” – 0.625, “Qarabağ” – 0.500, “Neftçi” – 0.250).

Azərbaycandan öndə qərarlaşan Serbiya isə təmsilçisi “Partizan”ın müvafiq turnirdəki Rumıniya “Styaua”sına qarşı cavab oyunundakı qələbəsi sayəsində xal ehtiyatını yaxşılaşdırıb – 12.875 (cari mövsümdə 2.500)

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

#Ölkə11/1212/1313/1414/1515/16r.xalıklub
1İspaniya20.85717.71423.00020.2142.42884.2137/ 7
2Almaniya15.25017.92814.71415.8571.85765.6067/ 7
3İngiltərə15.25016.42816.78513.5712.06264.0968/ 8
4İtaliya11.35714.41614.16619.0001.33360.2726/ 6
5Portuqaliya11.83311.7509.9169.0831.50044.0826/ 6
6Fransa10.50011.7508.50010.9162.00043.6666/ 6
7Rusiya9.7509.75010.4169.6661.50041.0825/ 5
8Ukrayna7.7509.5007.83310.0001.30036.3835/ 5
9Belçika10.1006.5006.4009.6001.60034.2005/ 5
10Hollandiya13.6004.2145.9166.0831.00030.8135/ 6
11Türkiyə5.10010.2006.7006.0001.30029.3005/ 5
12İsveçrə6.0008.3757.2006.9000.80029.2755/ 5
13Çex Respublik.5.2508.5008.0003.8750.70026.3254/ 5
14Yunanıstan7.6004.4006.1006.2001.60025.9005/ 5
15Rumıniya4.3336.8006.8755.1251.25024.3833/ 4
16Avstriya7.1252.2507.8004.1251.10022.4005/ 5
17Xorvatiya3.7504.3754.3756.8752.25021.6252/ 4
18Kipr9.1254.0002.7503.3002.25021.4254/ 4
19Polşa6.6252.5003.1254.7502.50019.5002/ 4
20İsveç2.9005.1253.2003.9002.87518.0004/ 4
21İsrail6.0003.2505.7501.3751.00017.3752/ 4
22Belarus3.1254.5001.7505.5002.00016.8752/ 4
23Danimarka3.1003.3003.8002.9003.12516.2253/ 4
24Şotlandiya2.7504.3003.2504.0001.87516.1752/ 4
25Norveç2.3004.9002.6002.2003.25015.2504/ 4
26Bolqarıstan1.5000.7505.6254.2501.00013.1254
27Sloveniya2.2503.2502.6254.0001.00013.1254
28Serbiya2.1253.0002.5002.7502.50012.8752/ 4
29Azərbaycan1.3753.0002.5003.6252.00012.5003/ 4
30Slovakiya2.3751.5001.6252.7503.25011.5003/ 4
31Qazaxıstan1.6251.3753.1253.3751.87511.3752/ 4
32Lixtenşteyn2.0000.0001.0002.5004.50010.0001/ 1
33Macarıstan2.2503.0000.8752.1251.6259.8752/ 4
34Moldova0.5002.2503.3751.7501.1259.0001/ 4
35İslandiya1.3751.2502.5002.5001.1258.7504
36Gürcüstan2.8751.5001.8751.2500.6258.1254
37Finlandiya1.5002.0000.5002.4000.8757.2751/ 4
38Bosniya-Herseq.1.1251.2501.5001.7501.5007.1251/ 4
39Albaniya0.8750.7502.0000.8751.6256.1252/ 4
40Makedoniya1.6251.2500.5001.1251.2505.7501/ 4
41İrlandiya1.5001.0000.2502.0000.7005.4505
42Latviya0.6251.2501.6250.2501.6255.3754
43Lüksemburq1.1251.3751.5000.5000.7505.2504
44Çernoqoriya0.5001.3751.2500.7501.0004.8754
45Litva1.0001.1251.2500.5000.7504.6254
46Şim. İrlandiya0.5001.0000.8751.3750.7504.5004
47Estoniya0.3750.3751.0001.5001.0004.2504
48Ermənistan0.1250.8751.1250.3751.6254.1254
49Farer adaları0.5000.5000.8751.3750.3753.6254
50Malta0.8330.8750.8750.1250.8753.5834
51Uels0.6250.5000.7500.1251.5003.5004
52Cəbəllütariq0.0000.0000.0000.2500.7501.0002
53Andorra0.0000.0000.3330.5000.1660.9993
54San Marino0.0000.0000.3330.0000.0000.3333

Həmin kateqoriyadan