VİDEO
Serbiyada qalib Azərbaycana qarşı təxribat – Ermənistan himni səsləndirildi

Serbiyanın Novi Sad şəhərində yeniyetmələr arasında sambo üzrə Avropa birinciliyində Azərbaycan millisi 3 medal qazanıb. Allsport.az xəbər verir ki, Rəşad Dünyamalıyev (52 kq), Kamran Əsgərov (62 kq) çempion olublar. Eyvaz Baxşıyev (48 kq) isə üçüncü yeri tutub.

Turnirdə yeniyetmələr arasında 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamran Əsgərov ermənistanlı rəqibi Volodya Sarkisyana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Amma bu çəki dərəcəsində mükafatlandırma zamanı böyük qalmaqal yaşanıb. Belə ki, turnirin təşkilatçıları çempion olan Əsgərovun şərəfinə Azərbaycan himnini səsləndirmək əvəzinə… Ermənistan himnini səsləndiriblər. Lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra səhvini başa düşən serblər bu yanlışlığı aradan qaldırıblar və dövlətimizin himnini səsləndiriblər.

Həmin kateqoriyadan