- Baxış sayı: 284
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 85
- Dekabr 05, 2025
- 0

İspaniyanın “Real Betis” klubunun hücumçusu Borxe İqlesias gözəl mənzərədə sevgilisinə nişan üzüyü təklif edib. Allsport.az xəbər verir ki, 27 yaşlı hücumçu gözəlçəsini “dünyanın sonu”na aparıb və heyrətamiz mənzərədə “hə” cavabı alıb.
O, doğulduğu Qalisiyada günün batmasını gözləyib və Atlantik okeanın sahilində sevgilisinin qarşısında diz çökərək, evlənmək təklifi irəli sürüb.
İspaniyalı futbolçunun sevgilisi Teresa Refoxo nişan üzüyünü İnstaqramda paylaşıb və “hə” cavabını verdiyini qeyd edib.
Finisterre burnu Qalisiyanın qərbində yerləşən yarımadadır. Qədim romalılar oranı “dünyanın sonu” adlandırırdı.







