“Sevilya”ya yeni baş məşqçi təyin olundu

“Sevilya” klubu baş məşqçi postuna Luis Qarsiya Plasanı gətirib.

Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Əndəlüs təmsilçisi ilə 2027-ci ilin yayına qədər qüvvədə olan müqavilə imzalayıb.

Futbolçu karyerası zamanı “Atletiko”nun yetirməsi olan Plasa ağır zədə səbəbindən 27 yaşında meydanlarla vidalaşmalı olub. Məşqçilik fəaliyyətində ən böyük uğurunu 2008/09 mövsümündə “Levante”ni la liqaya çıxarmaqla qazanıb.

Mütəxəssis karyerası ərzində “Xetafe”, “Vilyarreal”, “Malyorka” və “Alaves” kimi klubları çalışdırıb. O, həmçinin BƏƏ, Çin və Səudiyyə Ərəbistanı çempionatlarında da məşqçilik təcrübəsinə malikdir.

Həmin kateqoriyadan