“Sevindiricidir ki, yoxlama görüşündə heç kim zədə almadı”

“Bu vəziyyət virusla bağlı yaranıb. Yoluxmaya görə Bakıda qalmağımız daha yaxşıdır. Öz bazamızda məşq edirik”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Neftçi”nin futbolçusu Voislav Stankoviç deyib.

Serbiyalı müdafiəçi komanda şəklində təcrid olunduqlarını bildirib: “Hazırda qaldığımız otel çox rahatdır. Yaxşı şəraiti var. Hazırlığımızı bu formada davam etdirəcəyik”.

34 yaşlı oyunçu 2 gün öncə 1-ci divizion təmsilçisi “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçının üstünlüklərindən də danışıb: “Əsas odur ki, oyunu hiss etdik. Bilirsiniz ki, bir az istahətimiz oldu. Hardasa 10 gün evimizdə dincəldik.

Baş məşqçi bu matçda gənc futbolçuların durumunu izlədi, kimlərə fürsət verə biləcəyini müəyyənləşdirdi. Sevindiricidir ki, yoxlama görüşündə heç kim zədə almadı”.

Həmin kateqoriyadan