- Baxış sayı: 187
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 187
- Dekabr 05, 2025
- 0

“Neftçi”nin baş məşqçisi Samir Abbasov “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində qonaq olub. Allsport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Sabah”ın hücumçusu Ramil Şeydayevin adının “Neftçi” ilə hallanmasına münasibət bildirib:
“Ramil Şeydayevin özünə, karyerasına hörmətimiz var. İndi bu barədə nəsə danışmaq etik olmaz”.
Baş məşqçi adı “Neftçi” ilə hallanan “Qəbələ”nin hücumçusu Ceyms Adeniyinin mümkün transferi barədə bunu deyib: “Adeniyini “Neftçi”yə calamaq istəyənlər var idi. Nə onunla, nə də adları çəkilən digər hücumçularla maraqlanırıq”.