- Baxış sayı: 22
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 94
- Dekabr 05, 2025
- 0

“Neftçi”nin futbolçusu Ramil Şeydayev Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.
Allsport.az xəbər verir ki, onun yubileyi Azərbaycan premyer liqasının XXIX turuna təsadüf edib.
“Şamaxı” ilə səfər matçının (2:0) 42-ci dəqiqəsində penaltidən yararlanan 29 yaşlı hücumçu 40-cı qolunu 127-ci oyununda vurub. O, “Qarabağ”da 30 (75 oyun), “Sabah”da 6 (28 oyun), “Neftçi”də 4 (24 oyun) dəfə fərqlənib.
Ramil ölkə çempionatları tarixində 40 və daha çox qola imza atan 67-ci futbolçudur. O, bu göstəricidə Mehman Allahverdiyev, Fernando Peres və Junivan Suaresə çatıb.