- Baxış sayı: 32
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 786
- Mart 30, 2026
- 0

“Keşlə”nin futbolçusu Sezar Meza Kolli premyer liqada yubiley matçını keçirib. Allsport.az xəbər verir ki, XX turun “Sumqayıt”la görüşü (2:2) legioner yarımmüdafiəçinin 100-cü oyunu olub.
Paraqvaylı futbolçu bu görüşlərdə 13 qol vurub. Ölkəmizdə 2013/14 mövsümündə debüt edən Sezar bu müddətdə iki klubun formasını geyinib.
O, fasilələrlə çıxış etdiyi “Keşlə”dəki 81 matçda 9 qol vurub. Yarımmüdafiəçi “Zirə”də oynadığı 2016/17 mövsümünün 19 qarşılaşmasında 4 dəfə fərqlənib.
Sezar çempionatda ilk oyununu 2013-cü il sentyabrın 12-də səfərdə “Neftçi”yə qarşı (1:3) keçirib.