- Baxış sayı: 37
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

Çempionlar liqasının I təsnifat mərhələsində “Qarabağ”ın qonağı olacaq Şimali Makedoniyanın “Sileks” klubu Bakıya yola düşüb. Allsport.az xəbər verir ki, Kratovo təmsilçisi çarter reysi ilə Azərbaycana gəlir.
“Sileks”in heyətində itki yoxdur və komanda tam tərkibdə səfərə çıxıb. Bu gün saat 19:30-da Tofiq Bəhramov adına respublika stadionunda “Sileks”in baş məşqçisi Qoran Simovun mətbuat konfransı keçiriləcək. Saat 20:00-da qonaqlar matçın keçiriləcəyi Respublika stadionda son məşqə çıxacaq.
Sabah 20:00-da keçiriləcək oyundan dərhal sonra “Sileks” Şimali Makedoniyaya qayıdacaq.