Silva Messinin klubunda

“İnter Mayami” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silvanı heyətinə qatmaq niyyətindədir.

Allsport.az xəbər verir ki, MLS çempionu ilə yanaşı, “Yuventus”, “Benfika” və bir sıra digər klublar 31 yaşlı portuqaliyalı futbolçunu yayda azad agent statusu ilə transfer etməkdə maraqlıdır.

Silvanın “şəhərlilər”lə müqaviləsi mövsümün sonunda başa çatır. Futbolçunun nümayəndələri ilə maaş danışıqlarının onun “Mançester Siti”dəki hazırkı qazancına yaxın – mövsüm başına 7-8 milyon avro civarında bir rəqəmlə başlayacağı gözlənilir.

Bernardu Silva 2017-ci ilin iyulundan “Mançester Siti”də çıxış edir. O, 2025/26 mövsümündə keçirdiyi 39 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan