- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
“Qarabağ”la yolu ayıran Simeon Slavçev yerli KİV-ə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, bolqarıstanlı yarımmüdafiəçi gedişini belə əlaqələndirib:
““Qarabağ”la qarşılıqlı razılaşma ilə ayrıldım. Azərbaycanda legionçular üçün məhdudiyyətlər var. Hər çempionat oyununda 21 yaşadək futbolçu 90 dəqiqə meydanda olmalıdır.
Komanda indi ancaq yerli çempionatda mübarizə aparır və oynamaq fürsətim daha aşağı düşmüşdü. İndi gələcəyə baxıram və yaxın zamanda qərar verəcəyəm.