- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
““Qarabağ”ı salamlayırıq. Qardaş komandamızı, qardaş ölkəmizı və onların acılarını paylaşırıq. Zəlzələdə həyatını itirən bütün qardaşlarımızın ağrısını da paylaşırıq, Allah hamısına rəhmət eləsin. Əlbətdə ki, dost ölkəyik, amma meydanda rəqiblər olaraq mübarizə aparacağıq. Hər 2 tərəf qazanmaq üçün oynayacaq”.
Allsport.az saytı xəbər verir ki, bu sözü “Sivasspor”un baş məşqçisi Rza Çalımbəy qitə liqasının “İ” qrupunun 3-cü turunda “Qarabağ”la görüşün mətbuat konfransında deyib. Türkiyəli xoca sabahkı mücadilədə ancaq qələbə haqda düşündüklərini deyib:
“Bu matçı çox yaxşı şəkildə başa vursaq, iddiamız mütləq davam edəcək. İndi də davam edir. 4 qarşılaşma var, bu matçları çox yaxşı başa vuracağımıza inanırıq. Məqsədimiz bu oyunu qazanmaqdır. Buna görə hər hansı bir riskə gedəcəyik”.