- Baxış sayı: 28
- 29 Yanvar 2026 14:48
- Baxış sayı: 183
- Yanvar 29, 2026
- 0

“Liverpul”un baş məşqçisi Arne Slot çempionlar liqasında bu gün keçiriləcək “Qarabağ”la oyun öncəsi ciddi təzyiq altındadır.
Allsport.az xəbər verir ki, premyer liqada “Bornmut”a məğlubiyyətdən (2:3) sonra azarkeşlər niderlandlı mütəxəssisdən taktiki çeviklik və daha kəsərli hücum futbolu tələb edirlər. Hazırda turnir cədvəlində 6-cı pilləyə düşən “qırmızılar”da Slotun rəhbərliyi və oyun zamanı verdiyi qərarlar kəskin tənqid olunur.
“Qarabağ” üzərində qələbə komandanın birbaşa 1/8 finala yüksəlməsini təmin edərək Slota “nəfəs dərmək” imkanı verə bilər. Əks halda, azarkeşlər arasında artan istefa tələbləri daha da kəskinləşəcək.