- Baxış sayı: 42
- 06 Fevral 2026 11:56
- Baxış sayı: 121
- Fevral 06, 2026
- 0

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Borçalı (Kvemo Kartli) bölgəsinin Marneuli rayonunda yeni idman kompleksinin təməli qoyulub.
Allsport.az saytı xəbər verir ki, SOCAR-ın sifarişi və maliyyəsi vəsaiti ilə rayonun Qızılhacılı kəndində inşa olunacaq qurğunun tikintisində şirkətin prezidenti Rövnəq Abdullayev, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili, parlamentin deputatları və digər şəxslər iştirak ediblər.
8 aya tikilib istifadəyə verilməsi nəzərdə tutulan kompleksdə mini futbol, voleybol, basketbol meydançaları, üzgüçülük hovuzu, 150 nəfərlik qapalı tribuna, konfrans zalları yaradılacaq. Kompleksin ümumi sahəsi 1175 kvadratmetr olacaq.
