Son qərarı PFL verəcək

Bu gün futbol assosiasiyası, peşəkar futbol liqası və klublar komitəsinin videokonfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, iclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, ölkə çempionatı klublarının nümayəndələri və digər rəsmilər iştirak ediblər.

Toplantıda mövcud vəziyyət nəzərə alınmaqla, premyer liqanın təqvimi müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb. Bu məsələ ilə bağlı qərar PFL tərəfindən qəbul olunacaq.

Həmin kateqoriyadan