- Baxış sayı: 4
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Yuventus” layihədən imtina etdikdən sonra Xavyer Tebas, Avropa Super liqasının qurucularını lağa qoyub.
Bu gün məlum oldu ki, Turin komandası turnirin yaradılmasında iştirak etməyəcəkləri barədə “Real Madrid” və “Barselona”ya xəbər verib.
La liqanın rəhbəri “Real”ın prezidenti Florentino Peres, “Barselona” prezidenti Joan Laporta, eləcə də Super Liqa layihəsini dəstəkləyən və inkişaf etdirən şirkət olan “A22 Sports”un baş direktoru Bernd Reyxartın şəkli “tviter” sosial şəbəkəsində yerləşdirib və belə yazıb:
“Sonuncu çıxan qapını bağlasın və işıqları söndürsün”.