Sterlinqə görə qonşu ölkədə məşq

Niderlandın “Feyenoord” klubu 31 yaşlı ingiltərəli ulduz Rəhim Sterlinqin komanda ilə məşq edə bilməsi üçün hazırlıqlarını qonşu Belçikada davam etdirir.

Allsport.az xəbər verir ki, baş məşqçi Robin van Persi bildirib ki, Niderland qanunları icazə sənədi olmadan britaniyalı futbolçunun ölkə ərazisində işləməsini qadağan edir.

Keçən cümə axşamı müqavilə imzalayan Sterlinqin sənədlərinin rəsmiləşdirilməsi bir həftə vaxt apardığı üçün klub bazar ertəsi və çərşənbə axşamı məşqlərini Belçikanın Tübiz şəhərinə keçirib.

Van Persi bu qərarın həm Rahim, həm də komanda mədəniyyətinin qorunması üçün vacib olduğunu vurğulayıb. Komanda çərşənbə günü Rotterdam şəhərinə geri qayıdacaq. İş vizası vaxtında hazır olarsa, Sterlinqin bazar günü “Telstar”a qarşı oyunda debüt edəcəyi gözlənilir.

Həmin kateqoriyadan