- Baxış sayı: 81
- 15 Mart 2026 11:10
- Baxış sayı: 128
- Aprel 03, 2026
- 0

Stolüstü tennisçilər “Baku open” turnirində bacarıqlarını göstərirlər.
Allsport.az xəbər verir ki, bu gün “Şüa idman kompleksi”ndə keçirilən yarışın açılış mərasimi olub.
Dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçıları salamlayan Azərbaycan stolüstü tennis federasiyasının vitse-prezidenti Elmar İslam, idman səfiri Vəfa Musayeva, ASTF-nin veteranlar şurasının sədri Firudin Hüseynov yarışın əhəmiyyətini yüksək qiymətləndirərək idmançılara uğurlar arzulayıb.
Beynəlxalq stolüstü tennis federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya idman paytaxtı” seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərirlər.
Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. 4-5 aprel / 11-12 apreldə keçiriləcək yarışın mükafat fondu 3000 manatdır.